12 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Paşinyan tənqid edildi

21.09.2021

Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Nikol Paşinyan, Serj Sarkisyan və Robert Köçəryan "Yerablur" qəbirstanlığına ziyarətə gediblər.

DM xəbər verir ki, baş tutan mərasimə çox sayda polis qüvvələri cəlb olunub. Belə ki, dövlət rəsmilərinin ziyarəti zamanı erməni vətəndaşlardan biri Nikolu səsləyib.

O, "Nikola, Serje və Köçəryana"nın adlarını sadalayaraq, "Burda yatan insanları qurban verdiklərini, türklərdən qorxduqlarını və müstəqilliyimizi satdıqlarını" dilə gətirib. Daha sonra şəxs ""Yerablur" da yatan hər bir insana görə cavab verəcəksiniz!"- deyərək, Nikolu tənqid edib. Naməlum şəxs polis tərəfindən saxlanılaraq, avtomobilə mindirilib. Paşinyan, Serj və Köçəryan ərazidən qısa zamanda uzaqlaşdırılıb.