12 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Sabahdan payız fəsli daxil olur

21.09.2021

Sabah Azərbaycana payız fəsli daxil olacaq.

DM xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.