10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

20.09.2021

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. Əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir.

Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər?

Mövzu ilə bağlı olaraq açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur:

"Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, ishal və qaytarmadır. Uşaqları bundan qorumaq üçün əsas şərt təmizliyə riayət edilməsidir. Uşaqların içdiyi sulardan tutmuş hər şeyin təmiz olmasına nəzarət etmək lazımdır”.

E.Rəhimov əlavə edib ki, rotavirus əleyhinə peyvəndlər körpələrin 2, 4 və ya 3, 5 aylarında vurulmalıdır:

"Sözügedən peyvənd uşaqları rotaviruslardan qoruyur”.