Vəhşi fillər polis şöbəsində – VİDEO
20.09.2021
Çinin Yunan əyalətində nadir hadisə baş verib.
Belə ki, üç vəhşi fil polis şöbəsinə daxil olub.
Gözlənilməyən "qonaqlar" şöbənin həyətindəki yaşıllıqları yeyib, bir neçə ağacı aşırıb.
Ərazidəki polis əməkdaşları təhlükəsizlik məqsədilə şöbəni tərk edib.
İki saat ərzində qarınlarına doyuran fillər, daha sonra şöbəni tərk edib.