Nyu-York polisi etinasızlıq edib
20.09.2021
"Nyu-York polisi Dövlət Dumasına keçirilən seçkilərlə bağlı seçki məntəqəsinin yerləşdiyi Rusiya baş konsulluğunun təhlükəsizliyini təmin etmək üçün əməkdaşlarını göndərmədi”.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Nyu-Yorkdakı baş konsulu Sergey Ovsyannikov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxminən 540 adam səs verib: "Seçki fəallığı aşağı oldu. İki mindən bir qədər az vətəndaş gözləyirdik”.
Diplomat bildirib ki, kənardan səsverməyə müdaxilə cəhdləri olmayıb.
O, əlavə edib ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gün boyu seçki məntəqəsinin ətrafında təhlükəsizliyi təmin etmək üçün gəlməyib: "Xoşbəxtlikdən heç bir hadisə olmadı. Əvvəlcədən aidiyyəti orqana bununla bağlı sorğu göndərilmişdi, lakin polis postu təşkil edilmədi”.