Ata məktəbdən 1 milyon dollarlıq təzminat istədi
17.09.2021
ABŞ-da ata, qızının saçını onun razılığı olmadan kəsən məktəb rəhbərliyini məhkəməyə verib.
DM xəbər verir ki, ata həmçinin də, məktəbdən 1 milyonluq təzminat tələb edib. Belə ki, məktəb rəhbərliyi qaradərili şagirdin saçını kəsib. Azyaşlı evə gedəndə atası onu saçını görəndə təəccüblənib.
Məktəbli saçlarını məktəbdə müəllimləri tərəfindən kəsildiyini dilə gətirib. Ata bundan sonra məktəbə gedərək, bunun səbəbini tələb edib. Lakin rəhbərlik saç kəsimi ilə bağlı heç bir açıqlama veməyib. Ata da onları məhkəməyə verib. 1 milyon dollar dəyərində təzminat tələb edib.