2 PKK lideri MƏHV EDİLDİ
15.08.2018
Türkiyə Ordusu Tunceli vilayətində PKK terror təşkilatına ağır zərbə endirib.
"Dövran Media" bildirir ki, adları "narıncı siyahı"da yer alan iki PKK-çı: Dərsim Saha kod adlı Ömər Duran və Rəzzan Mardin kod adlı Pınar İldırım dünən keçirilən əməliyyatlar nəticəsində məhv edilib.
Van bələdiyyəsindən verilən açıqlamaya görə, bir qrup terrorçu bu bölgəyə gəlib və əməliyyat keçirmək üçün hazırlıqlara başlayıb. Hazırlıqlar barədə vətəndaşlar tərəfindən jandarm qüvvələrinə məlumat verilib. Əməliyyatlar çərçivəsində ağaca çıxaraq gizlənən bir terrorçu sağ ələ keçirilib. Digər bir terrorçu isə çağırışlara silahla cavab verib və orada məhv edilib.
Bölgə əhalisinin təhlükəsizliyini qorumaq üçün antiterror əməliyyatları davam etdirilir.