Nigeriyada terror hücumu
17.09.2021
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində qanlı baş verib.
DM xəbər verir ki, terror təşkilatı Boko Haramın əyalətə silah daşıyan karvana hücum edib. Hadisə nəticəsində 12 əsgər həlak olub.
Bununla da terrorçular 3 yük maşını silahla ələ keçirib.
Qeyd edək ki, terror təşkilatı 2015-ci ildən bu yana ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2000 adam həyatını itirib.