21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gorus-Qafan yolu İran TIR-ları üçün BAĞLANDI

16.09.2021

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və gömrükçülər İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar. Bu gün isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Gorusdan Qafana gedən yolu İranın yük maşınları üçün bağladığı haqda informasiya yayılıb.

DM unikal.org-a istinadən xəbər verir ki, Gorusun çıxışında Qafana buraxılmayan onlarla İrandan gələn yük maşını toplaşıb. Bildirilir ki, iranlı sürücülərin çoxu Gorus istiqamətində gedərkən pulları olmadığından cərimə ödənişini etməyiblər.

Onların sözlərinə görə, Ermənistan polisi və MTX iranlı sürücülərə kənar yoldan istifadə etməyi məsləhət görüblər. Lakin yük maşınları həddindən artıq böyük olduğundan sözügedən bu dar yolla hərəkət etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, bu yoldan istifadə edən bir neçə sürücü qəza törədib.

"Əsas səbəb odur ki, onlar ödəniş edə bilməsələr, müxtəlif problemlər yarana bilər"-, deyə Ermənistan KİV yazır.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.