Hikmət Hacıyev İran səfiri ilə yenidən görüşdü
16.09.2021
Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
DM xəbər verir ki, bu barədə səfir Tviter səhifəsində paylaşım edib.
"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.