Bayden davranışı ilə yenə güldürdü
16.09.2021
ABŞ prezidenti Co Bayden danışıqlar zamanı Avstraliyanın baş naziri Skott Morrisonun adını unudub.
Sentyabrın 15-də Böyük Britaniyanın Baş naziri Boris Conson, avstraliyalı həmkarı və ABŞ lideri ilə birgə açıqlamada yeni AUUKUS müdafiə və təhlükəsizlik tərəfdaşlığının yaradıldığını rəsmən elan ediblər.
Bayden təşəbbüsün onlayn təqdimat mərasimində Consona onun adını çəkərək təşəkkür edib. Bundan sonra ABŞ rəhbəri bir qədər ara verdikdən sonra Morrisonun olduğu ekrana baxıb, ona əli ilə işarə edib və Avstraliyanın baş nazirinə təşəkkür etmək istədiyini söyləyib.
Sonra prezident yenidən bir an susub, çıxışına həmsöhbətini "qarşı tərəfdəki oğlan”, "dost” və "cənab baş nazir” adlandıraraq davam edib.
Qeyd edək ki, Ağ Evin rəhbəri dəfələrlə ölkələrin və prezidentlərin adlarında səhvlərə yol verib.
O, çıxışlarının birində Liviya və Suriyanı, digərində İraq və İranı, üçüncüsündə Barak Obama və Donald Trampı qarışdırıb.