21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin xüsusi nümayəndəsinin AÇIQLAMASI

15.09.2021

 "Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər".

Bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib” dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir:

"Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib.

Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Buraya gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.