Bu gün manatımızın 26 YAŞI OLUR
15.08.2018
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il ötür.
"Dövran Media"nın məlumatına görə, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb.
Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.