Çinin paytaxtı Pekində növbəti "Dünya Robot konfransı" keçirilib.
DM "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, 6-cı dəfə təşkil olunan bu konfransda sonuncu dəfə hazırlanan robotlar nümayiş edilib. Belə ki, bu robotlar rəqs edir, piano çala bilir, idman edir.
"Dünya Robot konfransı"nda ən çox diqqət çəkən alman fizik Albert Eynşteynin robotu olub. Robot çincə danışıb, rəqs edib və qonaqları qarşılayıb.