BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır
14.09.2021
Bu gün, sentyabrın 14-ü BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayır.
Ötən il koronavirus pandemiyası ilə əlaqədar yubiley sessiyasının açılışı virtual keçirilib.
Bu il isə sessiyada çox sayda ali qonağın iştirak edəcəyi gözlənilir.
BMT-nin Baş Məclisinə Maldiv Respublikasının xarici işlər naziri Abdullah Şahid sədrlik edəcək.
Qeyd olunur ki, sessiyanın əsas mövzusu hazırda çətin humanitar vəziyyətin hökm sürdüyü Əfqanıstandakı son durum olacaq.
BMT Baş Assambleyası 21-27 sentyabr tarixlərində keçiriləcək və həftəlik yekunla bitəcək.
Mənbə: Birləşmiş Millətlər Təşkilatının rəsmi saytı