Putin karantinə gedə bilər
13.09.2021
Rusiya Prezidenti Vladimir Putin karantinə gedə bilər. Buna səbəb onun ətrafında bir çox insanın koronavirusa yoluxmasıdır.
DM xəbər verir ki, bu barədə Putin Kremldə paralimpiyaçılarla görüşü zamanı deyib.
"Mənim ətrafımda COVİD-lə əlaqədar problem yaşanır. Düşünürəm ki, tezliklə özüm karantinə alınmalı olacağam. Ətrafda bir çox insan xəstədir", - Rusiya lideri vurğulayıb.