Paşinyanın qaynının qalmaqallı videosu etiraz doğurdu
13.09.2021
Sosial şəbəkələrdə Ermənistan parlamentinin sədri Alena Simonyanın və Baş nazir Nikol Paşinyanın qaynı, millət vəkili Hraçya Akopyanın Yunanıstanda kurortda yayılan görüntüləri etirazlara səbəb olub.
DM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Parlamentin spikerinin aylıq gəlirinə əsaslanaraq, onun və dostlarının belə bahalı kurortda istirahət etməsinin mümkün olmadığı bildirilir:
"Onlar bu kurorta nə qədər pul xərcləyiblər? Hesabat versinlər”, - deyə Ermənistanda etiraz ediblər.
Parlamentin spikeri isə yayılan görüntülərə şərh verməkdən imtina edib.