Karapetyan Rusiyaya getdi
13.09.2021
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya gedib. O, Nijni Novqorodda keçiriləcək "Qərb-2021" hərbi təlimlərini müşahidə edəcək.
DM xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Mulino poliqonunda Rusiya və Belarusun hərbi qüvvələrinin iştirakı ilə keçirilən "Qərb-2021” birgə strateji təlimlərinin aktiv mərhələsini müşahidə edəcək", - açıqlamada deyilir.