ABŞ Rusiya və Çini HƏDƏLƏDİ
15.08.2018
Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın kosmik qüvvələrə ehtiyacı olduğunu bildirib.
"Dövran Media" "The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Mettis bu qüvvələrin ABŞ peyklərini Çin və Rusiya təhlükəsindən qorumaq üçün lazım olduğunu qeyd edib.
O həmçinin kosmosda silah yerləşdirilməsindən söhbət getmədiyini də vurğulayıb.
"Biz sadəcə göstərmək istəyirik ki, kosmosdakı peyklərimizi qoruya bilirik. Amma, kimsə kosmosa hərbi tapşırıqla çıxmaq istəsə, biz sadəcə oturub baxmayacayıq” – Mettis bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbərliyi hərbi hava qüvvələrinin yeni qolunun yaradılması barədə bəyanatlar verib.