Yaponiya Rusiyaya nota verdi
13.09.2021
Rusiyanın An-26 təyyarəsinin Yaponiya hava məkanını pozmasıyla əlaqədar olaraq Tokio diplomatik kanallar vasitəsilə Moskvaya etirazını çatıdırıb.
DM xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Kaçunobu Kato deyib. O, Yaponiyanın oxşar insidentlərin təkrarlanmamasını tələb etdiklərini bildirib.
Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi dünən Rusiyanın An-26 təyyarəsinin iki dəfə ölkənin hava məkanını pozduğunu açıqlamışdı.