Yeni nazirdən AÇIQLAMA
13.09.2021
"Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.
DM xəbər verir ki, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkədə paylaşdığı postda bildirib.
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.
Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”, – deyə Fərid Qayıbov qeyd edib.