Fransada helikopter qəzası baş verdi
13.09.2021
Fransada 5 ekipajı olan bir mülki təhlükəsizlik vertolyotunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
DM xəbər verir ki, Fransada 5 nəfəri daşıyan "EC145" mülki təhlükəsizlik vertolyotu yerli vaxtla 16:30-da Villard-de-Lans şəhəri yaxınlığında qəzaya uğrayıb. Daxili işlər naziri Gerald Darmanın sosial media hesabında paylaşdığı ilkin məlumatlara görə, ölən 1 nəfərin mülki təhlükəsizlik texniki olduğu məlum olub.
Fransa prezidenti Emmanuel Makron da sosial media hesabında başsağlığı mesajı paylaşıb:
"Vətəndaş təhlükəsizliyi qəhrəmanlarından birini itirdik, yaxınlarının dərdinə şərikik".
Qalan ekipaj üzvlərinin sağlıq durumu və qəzanın səbəbləri hələ ki, məlum deyil.