Putin Şimali Koreya lideri ilə RAZILAŞDI
15.08.2018
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın teleqramına cavab verib.
Dövran Media "Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin KXDR-nın liderinin görüş təklifi barədə teleqramına müsbət cavab verib.
"Mən ikitərəfli əlaqələrin və vacib regional aktual məsələləri müzakirə etmək üçün sizinlə tezliklə görüşməyə hazır olduğumu təsdiq edirəm” – Putinin cavab teleqramında bildirilib.
Rusiya prezidenti Inı və şimali koreyalıları "ümumxalq bayramı” münasibəti ilə təbrik edib.