21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Antisanitar şəraitdə fəaliyyət göstərən pendir istesalı müəssisəsi aşkarlandı - FOTO

10.09.2021

Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində yerləşən pendir istehsalı müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qeyd olunan müəssisə fiziki şəxs Rüstəmov İsmayıl Rüstəm oğluna məxsusdur.

Belə ki, aparılan yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların üzərində heç bir etiketləmə aparılmadan satışa təqdim edildiyi aşkar edilib.

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.