Özbəkistanda peyvənd vurduran tələbələrə güzəşt ediləcək
09.09.2021
Özbəkistanda koronavirusa qarşı peyvənd edilən tələbələrə təhsil haqqı ödənişində 10 % endirim tətbiq ediləcək.
Bu barədə Özbəkistanın Təhsil Nazirliyi məlumat yayıb.
"1 noyabr 2021-ci il tarixinə qədər vaksinasiya kursundan tam keçən, əyani təhsil alan bakalavr və magistrlərə 2021-2022-ci tədris ili üçün əsas müqavilə (təqaüd olmadan) məbləğinə 10 % endirim edilir”, - deyə məlumatda qeyd olunur.