İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur
09.09.2021
İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması prosedurunun başlaması təşkilatın Tacikistanda keçiriləcək növbəti sammitində elan ediləcək.
DM xarici KİV-ə istinadən xəbər verir ki, İranın qoşulması ilə təşkilata üzv ölkələrinin sayı 9 olacaq. Xatırladaq ki, ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləck.
Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.