Saakaşvili MOSSAD-ı niyə ölkədən qovduğunu açıqladı
09.09.2021
Prezidentliyim dönəmində gürcü və xarici xidmət orqanlarına şəxsi həyatdan kadrlar çəkməyi qadağan etmişdim.
DM xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, məhz buna görə MOSSAD-ın Gürcüstandakı nümayəndəliyini bağladığını bildirib.
Saakaşvili MOSSAD-ın kəşfiyyatçılarının həmin dövrdə ölkədəki xarici diplomatlardan birinin şəxsi görüntülərini çəkdiklərini deyib.