Türkiyə ABŞ-ın bu məhsullarını BAYKOT EDƏCƏK
14.08.2018
Türkiyə Amerika istehsalı olan elektron məhsulları boykot edəcək.
"Dövran Media" saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib:
"Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə "Samsung" , "Vestel”, "Venus” da mövcuddur. Biz özümüzə bəsik”.
Ərdoğan qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:
"Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”