23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edildi

08.09.2021

 Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.

DM-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: "Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.

O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: "Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər".