Bu şəhərdə bir evin qiyməti 2 manatdır
08.09.2021
Dünyanın ən məşhur şəhərlərindən biri olan Romaya yaxın bir şəhər olan Maenzada evlər 1 avroya (təxminən 2.15 manat) satılır.
DM xəbər verir ki, tarixi tikililəri xilas etmək və şəhərdəki əhalinin sayını artırmaq üçün tətbiq olunan bu tətbiqin yalnız bir şərti var ki, o da evi alanların onu təmir etməsidir.
"Biz bunu bir addım olaraq atırıq. İnsanlar konkret mülkiyyət iddiaları irəli sürür və yerli hakimiyyət orqanları onların tələblərini yerinə yetirməyə çalışırlar", - deyə şəhər rəsmisi qeyd edib.
Qeyd edilib ki, bu qərar tarixi əhəmiyyəti olan 100-ə qədər evə şamil edilib.