Rusiya qonşularını marionetə çevirmək istəyir - Polşa
08.09.2021
Rusiya qonşu ölkələri marionetə çevirmək istəyir.
DM xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.
"Belə bir vəziyyətdə Polşa və Baltikyanı ölkələr ayıq olmalı və anlamalıdırlar ki, müstəqillik heç kimə əbədi verilməyib. Bu ölkələrin çiyinlərində böyük cavabdehlik var və onlar bütün Avroatlantik regionun təhlükəsizliyini təmin edirlər. Tarixin cinləri hər an oyana bilər”, - Moravetski bildirib.