Rusiya yeni modern tank istehsal etdi
08.09.2021
Rusiyanın əlavə optoelektron sistemli ən yeni "T-90M Proryv" tankının ilk prototipi tezliklə hərbi təlimlər zamanı sınaqdan keçiriləcək.
DM "TASS"a istinadən xəbər verir ki, "Ordu-2021" beynəlxalq forumu zamanı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Avtomobil və Tanklar Baş İdarəsi statik ekranlı "T-90M Proryv" əsas döyüş tankını ilk dəfə nümayiş etdirib.
Məlumata görə, tankın bu versiyasının rus qoşunlarına seriyalı təhvil verilməsi ilə bağlı qərar sınaqlardan sonra veriləcək.
Modernləşdirilmiş "T-90M" tanklarının ilk partiyası 2020-ci ilin yazında rus qoşunlarına təhvil verilib. Bildirilib ki, tank Rusiya Müdafiə Nazirliyinin "Uralvaqonzavod" zavodu ilə müqavilə əsasında hazırlanıb. Bu tankların "T-90" tanklarının daha modern versiyası olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, "T-90M", güclü silah kompleksi və avtomatik atəş idarəetmə sistemi ilə birlikdə tankın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran yeni bir qüllə moduluna malikdir. Tankın 125 mm-lik silahı, 5 kilometrədək məsafədə düşmən tanklarını məhv edə bilən idarə olunan raket də daxil olmaqla, müasir tipli döyüş sursatlarını vura bilir.