Mişel Putinlə Qarabağı müzakirə etdi
08.09.2021
Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
DM xəbər verir ki, bu barədə Ş.Mişel Tvitter səhifəsində yazıb.
Tərəflər regionda sülhün qorunması üçün etimadın və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıblar.