Rusiyanın fövqəladə hallar naziri həlak oldu
08.09.2021
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev vəfat edib.
DM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.
O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman bədbəxt hadisə nəticəsində həlak olub.
Qeyd edək ki, 55 yaşlı Y.Ziniçyev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.