21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyandan Türkiyəyə tərəf addım

08.09.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

DM "Sputnik Armenia”ya istinadən xəbər verir ki, N. Paşinyan bu barədə bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: "Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük”.

Ermənistanın Baş naziri daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.