Yaponiyalı səfirin Ərəbistandakı görüntüləri gündəm oldu
08.09.2021
Yaponiyanın Səudiyyə Ərəbistanındakı səfiri İyavi Fumionun son görüntüləri gündəm olub.
DM "İHA"ya istinadən ki, səfir ölkənin Şaqra valisi Adel Əl-Bəvərdinin dəvəti ilə nahar yeməyinə qatılıb. Naharda Səudiyyə Ərəbistanının ən məşhur yeməklərindən olan "Mfatah” səfirə təqdim edilib.
Yaponiyada düyü çubuqlarla yeyildiyi halda, İyavi Fumio ərəb mədəniyyəti ilə ayaqlaşmaq istəyib. Belə ki, o, əllə düyü yeməyə cəhd edib, lakin səfirin uğursuz olduğu görülüb. Bir neçə cəhddən sonra Fumio istədiyinə nail ola bilib.
Səfir daha sonra bu barədə sosial media hesabında paylaşım edib. O, sözügedən yeməyi yemək üçün Adel Əl-Bəvərdinin tövsiyələrindən istifadə etdiyini bildirib.