"ABŞ-ın "neft var, mən burada qalacağam" anlayışı qəbuledilməzdir" - Çavuşoğlu
07.09.2021
"İraqdan çəkildilər, xaos oldu, Əfqanıstandan çəkildilər, xaos oldu".
DM xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Suriyadan çıxmaq onların seçimidir. Biz terror təhlükəsi səbəbindən Suriyadayıq. Bu, beynəlxalq hüquqa uyğundur. Suriyanın sərhəd və ərazi bütövlüyünü dəstəkləyirik.
Digər tərəfdən, ABŞ PKK/YPG terrorçularını dəstəkləyərək, tam əksini edir. ABŞ-ın "neft var, mən burada qalacağam" anlayışı qəbuledilməzdir.
Dəməşq rəhbərliyi ilə siyasi görüş mümkün deyil. Diplomatlar görüşür", - deyə Çavuşoğlu bildirib.