Nazir: “Daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq”
07.09.2021
"Azərbaycanda pandemiya bitməyib. Vaksinasiya prosesi sürətləndikcə vəziyyət yaxşıya doğru dəyişməlidir”.
DM-in məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır:
"Bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq, nəinki bütün məktəbin bağlanmasının”.