Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDI
07.09.2021
"22 sentyabr tarixindən l və IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədris başlayır”.
DM-in məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, sentyabrın 29-dan, həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq.
Nazir qeyd edib ki, dərslər əvvəlki kimi həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə olmaqla bərpa olunacaq.