Təyyarə qəzaya uğradı
07.09.2021
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Sigen şəhəri yaxınlığında kiçik həcmli təyyarə qəzaya uğrayıb.
DM xəbər verir ki, səhər saatlarında baş verən hadisə nəticəsində bir nəfər ölüb.
Təyyarənin pilotunun meşə sahəsinə düşərək öldüyü bildirilib. Xilasedicilər pilotun cansız bədənini qəza yerindən təxminən 500 metr aralıda tapıblar.
Siegen polisinin verdiyi açıqlamaya görə, qəzada heç bir texniki qüsurun və insan səhvinin olmayıb. Müstəntiqlər qəza yerində aparılan araşdırmalardan sonra hadisənin intihar olduğunu bildirib.