Kanadada baş naziri daşa basdılar
07.09.2021
Kanadanın Baş naziri Castin Tryudo seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı insanlar tərəfindən daşa basılıb.
Qeyd olunur ki, hadisə seçki mitinqindən sonra, C.Tryudo avtobusa minmək istəyərkən baş verib.
Baş nazirin əleyhdarları onu əhatəyə alaraq siyasətçiyə daş atıblar.
İnsident nəticəsində C.Tryudonun xəsarət almadığı bildirilir.
"GlobalNews”ün məlumatına əsasən, daş atan insanlar koronavirus peyvəndinə etiraz edən şəxslər olub.
Qeyd edək ki, Kanadada sentyabrın 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.