39 il komada olan futbolçu öldü
06.09.2021
Fransanın milli futbolçusu Jan-Pier Adams vəfat edib.
DM xəbər verir ki, futbolçu 1982-ci ildə keçirdiyi bir əməliyyat zamanı həkimlərin səhvi nəticəsində komaya düşüb.
Bir müddət Fransa millisində oynayan 73 yaşlı müdafiəçi 39 ildən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Komada olduğu müddətdə ara-sıra gözlərini açıb, lakin heç vaxt komadan tam ayılmayıb.
Qeyd edək ki, Jan-Pier Adams 1972-1976 -cı illərdə Fransa milli komandasında oynayıb.