Emin Əmrullayev təhsillə bağlı sualları cavablandıracaq
06.09.2021
Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq.
DM xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O, sosial şəbəkə hesabında paylaşımın rəy bölümündə jurnalistlərin "Dərslərlə bağlı nazir nə zaman danışacaq?” sualına "sabah” deyə cavab verib.