Filippin terrorla mübarizə üçün büdcə ayırdı
06.09.2021
Filippin ordusu gələn il terrorçularla mübarizə aparmaq üçün cənub-qərbdəki Sulu adalarına əlavə 4 min 500 əsgər yerləşdirəcək.
DM xəbər verir ki, bu barədə Filippin millət vəkili bildirib.
Nümayəndələr Palatasındakı strateji kəşfiyyat komitəsinin sədri Conni Pimentel qeyd edib ki, Milli Müdafiə Departamenti bunun üçün gələn il 929 milyon peso (18.62 milyon ABŞ dolları) xərcləyəcək.
Qeyd edək ki, diviziya cənub-qərbdəki qəddarlıq, fidyə üçün adam oğurluğu, partlayışlar və kütləvi adam ölümlərinin qarşısını azaltmaq üçün terrordan mübarizədə məsuliyyət daşıyacaq.