Daha üç Paralimpiya çempionu Bakıya qayıtdı
06.09.2021
Tokio Paralimpiya Oyunlarında iştirak edən idmançıların daha bir qrupu Bakıya qayıdıb.
DM-in xəbərinə görə, üzgüçülər Roman Saley, Vəli İsrafilov, atletikadan Orxan Aslanov, Samir Nəbiyev və taekvondoçu Əbülfəz Abuzərli Heydər Əliyev adına Hava Limanının girişində idman ictimaiyyəti tərəfindən qarşılanıb.
Qeyd edək ki, idmançılardan Roman Saley üçqat Paralimpiya çempionu olub. Həmçinin Vəli İsrafilov və uzunluğa tullanmada Orxan Aslanov qızıl medal qazanıb. Sabah daha bir qrup idmançılarımız Bakıya qayıdacaq.