Berlində İşıq Festivalı keçirilir
06.09.2021
Almanya paytaxtında ənənəvi İşıq Festivalı keçirilir.
Festival çərçivəsində Berlində 75 binanın fasadı 3D texnologiyası ilə işıqlandırılıb.
Şəhərin rəmzləri sayılan televiziya qülləsi, Brandenburq darvazası və Berlin kafedralı kimi tikililər xüsusi gözəlliyilə yerli sakinlərin və turistlərin diqqətini cəlb edir.
Sayca 17-ci olan tədbir sentyabrın 12-dək davam edəcək.
Mənbə: TRT