Bu ölkədə ilk qadın əsgərlər məzun oldu
03.09.2021
Səudiyyə Ərəbistanında ilk qadın əsgər qrupu Silahlı Qüvvələrə bağlı Qadın Kadrlarının Təlim Mərkəzini bitirib.
DM xəbər verir ki, 30 mayda başlayan 14 həftəlik əsas fərdi kursu bitirən qadınlar təltif edilib. Belə ki, baş tutan mərasimə Səudiyyə Ərəbistanın Baş Qərargah rəisi general-leytenant Fayyad bin Hamiddə qatılıb.
Ölkənin ilk qadın əsgərlərini yüksək qiymətləndirən Baş Qərargah rəisi bu kimi addımların davam edəcəyini bildirib.