"Sputnik" adlı yeni şəhər salınır
03.09.2021
Uzaq Şərq və Arktik İnkişaf Nazirliyi, Uzaq Şərq və Arktik İnkişaf Korporasiyası, Primorski Bölgəsi Hökuməti, Vladivostokdan 30 km aralıda yeni bir şəhərin yaradılması haqqında müqavilə imzalayıblar.
DM "TASS"a istinadən xəbər verir ki, Rusiya Federasiyası dövlət inkişaf korporasiyasının mətbuat xidmətindən verilən açıqlamaya görə, yeni yaradılacaq şəhərin adı "Sputnik" olacaq.
Bildirilib ki, "VEB.RF" və "ProGorod" uzaq şərqdə yeni şəhərin yaradılmasına dəstək verəcəklər.
Sputnik şəhərinin yaradılması Vladivostokdan 30 km məsafədə, Nadejdinskaya qabaqcıl sosial-iqtisadi inkişaf ərazisində planlaşdırılır. Şəhər 300.000 sakinin yaşaması üçün nəzərdə tutulacaq və inkişaf sahəsi 925 hektar olacaq.