19:57:25 16 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

BMT Əfqanıstana humanitar yardımları bərpa ETDİ

03.09.2021

 BMT Əfqanıstana havadan humanitar yardım reyslərini bərpa edib”.

DM xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Əfqanıstanda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti (UNHAS) humanitar dəstək fəaliyyətlərinin davamı üçün uçuşları bərpa edib.

Eyni zamanda hava yolu ilə sərnişin daşıma xidməti hazırda Pakistanın paytaxtı İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurub, avqustun 29-dan etibarən Məzari-Şərifə üç reys həyata keçirilib. Əməliyyatların mümkün qədər qısa zamanda yerinə yetirilməsi və Əfqanıstandan uçuşların sayının artırılması üçün səylər göstərilir. Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq üçün yük təyyarəsi fəaliyyət göstərir.

BMT-nin Humanitar Hava Xidməti (UNHAS) daxili sərnişindaşıma xidməti üçün 18 milyon ABŞ dolları, karqo xidməti üçün isə 12 milyon ABŞ dolları tələb olunur. Hər iki xidmət humanitar cəmiyyətin istifadəsində olacaq.