Məşhur bəstəkar dünyasını dəyişdi
02.09.2021
Yaratdığı musiqi əsərləri ilə dünyada məşhur olan yunan bəstəkar Mikis Teodorakis 96 yaşında vəfat edib.
DM xəbər verir ki, buna görə Yunanıstanda 3 günlük matəm elan olunub.
Dünyada məşhur olan bir çox filmlərə musiqi bəstələyən sənətçi Mikis Teodorakis təkcə bəstəkar kimi yox, həm də siyasətçi kimi tanınırdı.
O, "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına da layiq görülüb.
Qeyd edək ki, Mikis Teodorakis əsasən "Yunan Zorba" filmi üçün yazdığı "Sirtaki" əsəri ilə tanınırdı.